Muzey fəaliyyətinin spesifik sahələrindən biri olan, Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid eksponatların bərpası və konservasiyası muzeyin Bərpa laboratoriyasında həyata keçirilir.
Qeyd edək ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyində XVIII əsrin sonların aid olan xəlvətiyə təriqətinə mənsub sufi əmmaməsinin üzərindəki bərpa və konservasiya işləri davam edir.
Xatırladaq ki, muzeyin Bərpa şurasında əmmamənin üzərində fiziki-kimyəvi, mexaniki və bioloji təsirlərin nəticəsində zədələr müşahidə olunduğu bildirilmiş, eksponatın vəziyyəti kafi qiymətləndirilərək tam rekonstruksiya olunmasına qərar verilmişdi.
Hal-hazırda əmmamənin üzərinə dolanmış yaşıl rəngli sarığın dolanma qaydası orijinallığı saxlanılmaqla eyni intervalla fiksasiya edilib, xüsusi məhlulla emal olunub. Artıq rekonstruksiya işlərinin ikinci mərhələsinə başlanılıb və əmmamənin yekun görüntüsü yaxın zamanda sizlərə təqdim ediləcək.
Həmçinin bu eksponatın gələcəkdə muzeyin ekspozisiyası və sərgilərində də nümayişi gözlənilir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.