Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid eksponatların bərpası və konservasiyası muzeyin Bərpa laboratoriyasında həyata keçirilir.
Milli Azərbaycan Tarixi Muzeyinin numizmatik kolleksiyasına daxil olan tapıntılar arasında 1983-cü ildə Sabirabad rayonunda tapılmış sikkə dəfinəsi də yer alır. Təmir-bərpaya ehtiyacı olan, Azərbaycan atabəyləri və onların vassalları adından zərb edilən bu müxtəlif çəkili mis dirhəm və felslər muzeyin Bərpa laboratoriyasına təhvil verilmişdir. Eksponatların bərpası onların üzərində yazıların da daha aydın oxunması üçün şərait yaratmışdır.
Qeyd edək ki, materiallara ikinci həyat verən muzeyin bərpaçı-rəssamı Dinarə Ağayeva mexaniki və kimyəvi-xüsusi təmizləyici maye vasitəsi ilə bir neçə mərhələdə sikkələri paxır və çirklərdən təmizləmişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.