Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasında tarixin müxtəlif dövrlərini əhatə edən nadir kitabalar, albomlar qorunub saxlanılır. Bunlardan biri "Атлас к путешествию Б.А. Дорна по Кавказу и Южному побережью Каспийского моря” ("B. A. Dornun Qafqaz və Xəzərin cənub sahillərinə səyahət atlası”) adlı kitab-albomdur. Kitab-albom 1895-ci ildə nəşr olunmuş və o vaxtdan etibarən nadir mənbəyə çevrilmişdir. B.A.Dornun Qafqaza və Xəzər dənizinin cənub sahillərinə səyahəti zamanı qələmə alınan kitab-albomuna təbiət mənzərələri, Azərbaycanın tarixi abidələri və Qafqazda yazı nümunələrinin rəngli litoqrafik təsvirləri daxildir. Atlas 1861-ci ildə nəşr olunmuş və alimin səyahəti haqqında ətraflı məlumatı özündə əks etdirən kitaba əlavə olaraq çap edilmişdir.
Qeyd edək ki, müxtəlif xalqların tarixi və etnoqrafiyası sahəsindəki əsərləri ilə tanınan şərqşünas B.Dornun əsərlərində Xəzərətrafı regionlar, əsasən Azərbaycan və İran haqqında maraqlı məlumatlar var. Həmin dövrün tədqiqi və təbliği baxımından kitab-albom tədqiqatçılar üçün mühüm əhəmiyyət kəsb edir.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.