XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
20 İyun, 2022
Muzey əməkdaşının məqaləsi Türkiyənin beynəlxalq indeksli jurnalında nəşr edilmişdir

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan Tarixinin Elmi Tədqiqi və Təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Tural Şiriyevin «О роли каллиграфии в бытовой культуре населения Азербайджана в Сефевидский период» (“Səfəvilər dövründə Azərbaycan xalqının mənəvi mədəniyyətində xəttatlığın roluna dair”) adlı məqaləsi Türkiyənin ULAKBİM akademik şəbəkəsinə daxil olan beynəlxalq indeksli “Marmara Türkiyat Araştırmaları” jurnalında nəşr edilmişdir.

Məqalədə Səfəvilər dövrünə aid bəzi mis qablar üzərindəki kalliqrafik yazılar araşdırılmaqla, Azərbaycan əhalisinin mənəvi dünyagörüşü və eyni zamanda, xəttatlıq sənətinin bəzi xüsusiyyətləri öyrənilmişdir.

Qeyd edək ki, məqalədə tədqiq olunmuş materiallar muzeyin Etnoqrafiya fondunda qorunur.