Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası Azərbaycan tibb elminin tarixinə aid müxtəlif materialları ilə zəngindir. Bu materiallar arasında Azərbaycanın ilk sanitar həkimi Mustafa Şərifova aid fotoşəkil yer alır.
Mustafa İsmayıl oğlu Şərifov 1875-ci il tarixində Şəki şəhərində anadan olmuşdur. 1899-cu ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, 1901-ci ildə Cavanşir qəzasında həkim işləmişdir. Sonralar Bakıda rayon sanitar-epidemioloji stansiyasına müdir təyin olunmuşdur. M.Şərifov Birinci Dünya Müharibəsi zamanı, 1918-1920-ci illərdə Bakı şəhəri tibb-sanitar hissəsinin müdiri, Bakı Şəhər Səhiyyə şöbəsinin müdir müavini, Əmək Gigiyenası və Peşə Xəstəlikləri İnstitutunun Statistika şöbəsinin müdiri, “Azneft”in tibb-sanitar idarəsində müdir müavini vəszifələrində fəaliyyət göstərmişdir.
1932-ci ildə Azərbaycanda səhiyyənin təşkilində yüksək xidmətlərinə görə M.Şərifova “Azərbaycan SSR Əmək Qəhrəmanı” fəxri adı verilmişdir.
Qeyd edək ki, mənbələrdə Mustafa Şərifovun vəfat tarixi ilə bağlı dəqiq məlumat yoxdur. Təhsili ilə bağlı sənədləri isə II Dünya müharibəsi dövründə Xarkov Universitetinin arxivi yandığına görə əldə etmək mümkün olmamışdır.
Təqdim olunan fotoşəkil muzeyin Köməkçi Materiallar fondunda qorunur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.