AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda Quba rayonunun Çiləgir kəndində tapılmış mis sikkə dəfinəsi qorunur.
Bu dəfinə 14 dekabr 2006-cı il tarixində N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin (indiki ADPU) müəllimi, f.e.d., professor Əlisa Şükürlü tərəfindən muzeyə təhvil verilmiş, numizmatik təyinatını isə t.e.d., professor Əli Rəcəbli etmişdir. Dəfinədə atabəylər - Məhəmməd Cahan Pəhləvan (1175 - 1186), Əbubəkr (1191 – 1210), Özbək (1210 - 1225) və Azərbaycan atabəylərinin vassalları, Dərbənd əmirləri - Müzəffər (1136 - 1160), Bekbars (1160 - 1180), Əbdəl-Məlik (1180 - 1225), Əhar məliki - Bişkin ibn Muhəmməd (1175 - 1210) və şirvanşah I Gərşasb ibn Muhəmməd (1205 - 1225) adından zərb edilən dairəvi və digər formalarda sikkələr (dirhəm və felslər) müxtəlif çəkilidir. Müvafiq dövrün hökmdarları, onların titulları, yerli zərbxanalar, ümumilikdə yerli pul təsərrüfatı və siyasi-iqtisadi əlaqələri açıqlayan, XII – XIII əsrlərdə Azərbaycan zərbxanalarında (Şamaxı, Beyləqan, Şəmkir və d.) istehsal edilmiş belə sikkələr haqqında ətraflı məlumatlar Milli Azərbaycan Tarixi Muzeyinin müxtəlif vaxtlarda işıq üzü görmüş nəşrlərində yer almışdır (Əli Rəcəbli. Şirvanşahlar dövlətində sikkə zərbi (VIII – XVI yüzillər). Elmi redaktor: tarix elmləri doktoru Nərgiz Əliyeva. Bakı: Elm və təhsil, 2015, 240 s., Azərbaycan atabəylərinin sikkələri. Kataloq. Tərtib edən: t.ü.f.d. Aygün Məmmədova. Elmi redaktor: akademik Nailə Vəlixanlı. Bakı: Təhsil NPM, 2021, 40 səh.).
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.