XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
28 İyun, 2022
Muzeydə Gürcüstan Milli Muzeyinin direktoru ilə görüş keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze ilə görüş keçirilib.

Görüşdə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov, mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, muzeyin Baş direktoru, akademik Nailə Vəlixanlı və muzeyin Arxeologiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə iştirak ediblər.

Görüşdə həm Azərbaycan, həm də Gürcüstanda aşkar olunmuş tarixəqədərki dövrə aid fauna və hominid nümunələrinin müasir texnologiyaların tətbiqi ilə araşdırılması istiqamətində layihənin hazırlanması müzakirə olunub.

Müzakirə zamanı xüsusilə gələcək layihənin multidissiplinar olması və eyni zamanda gənc kadrların cəlb edilməsinə diqqət yetirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Qeyd olunan tədqiqatlar vasitəsilə arxeoloji qazıntılar zamanı tapılmış heyvan və insan qalıqları əsasında dövrün təbii şəraiti və morfoloji xüsusiyyətlərinin öyrənilməsinin hər iki ölkənin elmi üçün xüsusi əhəmiyyət kəsb edəcəyi bildirilib.