Milli Azərbaycan Tarixi Muzeyinin çoxsaylı arxeoloji kolleksiyaları arasında Mingəçevir tapıntılarından ibarət materialların özünəməxsus yeri var. Bu kolleksiyanı 1935, 1937, 1941 və 1946-1953-cü illərdə Mingəçevirdə aparılan arxeoloji axtarışlar zamanı üzə çıxarılmış tapıntılar təşkil edir.
Mingəçevir tapıntıları forma və məzmun baxımdan çox rəngarəngdir. Onların arasında maraqlı maddi mədəniyyət nümunələri çoxluq təşkil edir. Belə nümunələrdən biri gil araba modelidir. Model 1946-cı ildə muzeyin əməkdaşı, arxeoloq Saleh Qazıyevin rəhbərliyi altında aparılan arxeoloji axtarışlar zamanı 120 №-li torpaq qəbirdən tapılıb. Ön tərəfində iri dəliyi olan, əldə hazırlan araba modeli gümbəzvari formada gildən düzəldilib. Gövdə yanlarda iki təkər üzərində durur.
Bu nümunə mütəxəssislər tərəfindən e.ə. IX-VII əsrlərə və ya Erkən Dəmir dövrünə aid edilir. Haqqında bəhs etdiyimiz araba modeli qeyd olunan dövrdə insanların həyat tərzi və təsərrüfatları ilə əlaqədar atlara qoşulmuş arabalardan geniş istifadə etdiklərini göstərir. Araba modellərinin hazırlanması və sonradan mərhumla birlikdə qəbirə qoyulması isə daha çox həmin nəqliyyat vasitəsinin axirət dünyası ilə bağlı inanclar sistemində özünəməxsus yerinin olması ilə əlaqədardır.
Ümumiyyətlə, Mingəçevir qazıntıları zamanı Erkən Dəmir dövrünə aid dörd araba modeli tapılıb ki, onlar hazırda muzeyin Arxeologiya fondunda qorunur.
Bu maraqlı gil tapıntının isə yeni qurulacaq ekspozisiyada digər modellərlə birlikdə sərgilənməsi nəzərdə tutulub.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.