1 iyul 2022-ci il Milli Azərbaycan Tarixi Muzeyi və “Mincə Sənət” İncəsənət Qalereyasının birgə təşkilatçılığı ilə muzeydə kanadalı rəssam Kristian Frederiksenin (Christian Frederiksen) “Məni evinə apar” rəsm sərgisinin açılış mərasimi keçirilib.
Sərgidə kanadalı rəssam Kristian Frederiksen, “Mincə Sənət” İncəsənət Qalereyasının rəhbəri Fidan Bədəlova, bir sıra mədəniyyət işçiləri və KİV nümayəndələri iştirak ediblər.
Sərginin kuratoru Kristian Frederiksen qeyd edib ki, sərginin keçirilməsində əsas məqsəd mədəniyyətlərarası birgə təcrübə mübadiləsidir. Belə ki, səkkiz azərbaycanlı rəssam (Ramiz Abbasov (Şuşa), Reyhan Aslanova (Bakı), Fidan Hümbətli (Ağstafa), Vüsalə Ağaraziyeva (Bakı), Vüsal Rahim (Gəncə), Yusif Mirzə (Laçın), Şafiq Osmanov (Qusar) və Tural Moyufovun (Şəki)) doğulduqları məkanlara kanadalı rəssam Kristian Frederikseni dəvət edərək birlikdə səyahət ediblər. Sərginin konsepsiyası: “Ev - danışmağı, yeriməyi öyrəndiyiniz, ilk sualları soruşduğunuz, şəxsiyyət kimi formalaşdığınız yerdir. Ev - müəyyən mühakimələr və ya gözləntilər olmadan mövcud olduğunuz həssas məkandır. Azərbaycan özünəməxsus qonaqpərvərliyi və yad insanlara qarşı isti münasibəti ilə tanınır. Bəs, əcnəbi birini ailənizə, xatirələrinizə dəvət etmək necə hissdir?! Sərginin adı məhz burdan götürülmüşdür- “Məni evinə apar””.
“Mincə Sənət” İncəsənət Qalereyasının rəhbəri Fidan Bədəlova sərgidə nümayiş olunan, ailə, məkan, adət-ənənə və xüsusi ilə qayıdış mövzuları öz əksini tapan 20 ədəd əsərdə Azərbaycanın səkkiz məkanının iki fərqli mənzərəsinin təsvir olunduğunu bildirdi.
Sərgi ziyarətçilər tərəfindən xüsusi maraqla qarşılanıb.
Sizi azərbaycanlı rəssamların və Kristian Frederiksenin yan-yana yerləşdirilmiş əsərlərini seyr və müqayisə etməyə dəvət edirik.
Qeyd edək ki, sərgiyə giriş sərbəstdir.
Sərgi 1 iyul – 8 iyul 2022-ci il tarixlərində fəaliyyət göstərəcək.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.