Milli Azərbaycan Tarixi Muzeyinin silah kolleksiyası Azərbaycanın zəngin tarixi keçmişi, şanlı hərb tariximizi əks etdirən materiallarla zəngindir. Bu materiallar arasında XVIII-XIX əsrin birinci rübündə Azərbaycan xanlarının hakimiyyət rəmzləri də (şəxsi ştandart, tuğ, buncuq, şeşpər, toppuz) yer alır. Təqdim olunmuş şeşpər Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin (1763 –1806) hakimiyyət rəmzi hesab olunub.
1806-cı ildə İbrahimxəlil xanın qətli zamanı rus qoşunları tərəfindən ələ keçirilmişdir. 1913- 1917-ci illərdə Tiflisdəki Qafqaz Hərbi-Tarix Muzeyində nümayiş olunmuş, 1928-ci ildə Azərbaycan Tarixi Muzeyinin direktoru Davud bəy Şərifov tərəfindən Azərbaycana qaytarılmışdır. Poladdan olan şeşpər bütövlükdə qızıl işləmələrlə, nəbati ornamentlərlə bəzədilmişdir.
Muzeyin Silahlar və Bayraqlar fondunda mühafizə edilən şeşpər hazırda Qarabağ, xüsusilə Şuşa şəhərinin tarixinə dair sərgidə ziyarətçilər üçün nümayiş olunur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.