4-6 iyul 2022-ci il tarixlərində Rumıniyanın Konstansiya şəhərində Türkiyənin Konya Səlcuq Universiteti, Aydın Adnan Menderes Universiteti, Ruminyanın Konstansa Ovidius Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “XVI Beynəlxalq Türk Mədəniyyəti, Sənəti və Mədəni Mirasın Qorunması “ adlı Beynəlxalq Simpozium keçirilib. Azərbaycan, Türkiyə, Belorus, Bolqarıstan, İran, Qazaxıstan, Rumıniya, Türkmənistan, Makedoniya, Moldova və Tatarıstan tədqiqatçılarının iştirak etdiyi simpoziumda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, t.ü.f.d., dosent Əliyeva Həbibə “Türk-islam sənətində sənduqə tipli məzar daşlarının yazı nümunələri (ingilis dilində)”, Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin elmi işçisi, t.ü.f.d. Əli Fərhadov “XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi, dini məsələlər (M.Ə.Talıbovun yaradıcılığı əsasında), Arxeologiya elmi fond şöbəsinin kiçik elmi işçisi Aslan Qasımov “Son tunc – erkən dəmir dövrünün xaçbulaq keramikası”, muzeyin Fotoneqativ Materiallar fondunun müdri Afət Kərimova “Türk xalqlarının ənənəvi mədəniyyətində maral təsvirinin simvolik mənası” adlı məruzələr ilə onlayn formatda çıxış etmişlər.
Simpoziumun məqalələr toplusunun nəşr olunması nəzərdə tutulub.