Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri və Qrup Komandiri, Vətən müharibəsi iştirakçısı Camal İsmayılov 7 iyul 1984-cü ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuşdur.
2016-cı il Aprel döyüşləri zamanı Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmiş Camal İsmayılov 2020-ci il 44 günlük Vətən müharibəsində iştirak edərək, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmişdir. “Hadrut fatehi” ləqəbi alan Camal İsmayılov 21 oktyabr 2020-ci ildə Qubadlı rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Şəhid Camal İsmayılova məxsus təqdim olunan hərbi geyim (hərbi şalvar, kitel, kəmər,əlcək,hərbi çəkmə,beret,cib fənəri,dağ üçün tros,yapışqanlı qaytan və qobur) muzeyin Vətən Müharibəsi fondunda mühafizə olunur. Həmçinin C.İsmayılovun materialları arasında 2012-2017- ci illərdə aldığı 5 Fəxri fərman, 6 medalının vəsiqəsinin surəti, müxtəlif təlimlərdən aldığı 11 sertifikat, 4 ədəd təlimdə çəkilmiş fotoşəkli də yer alır.
Təltifləri
(26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
(26.06.2012) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
(26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
(08.05.2015) — "Qələbə günü münasibətilə hərbi parada qatıldığına görə" medalı
(26.06.2017) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
(26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
(09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra)
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.