Qurban bayramı İslam aləmində ən möhtəşəm bayramlardan biridir.Tarixən İslama və onun müqəddəs ənənələrinə bağlı olan xalqımız əsrlər boyu bu dəyərləri yaşatmış və ölkəmiz İslam sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda bütün dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir.
Milli Azərbaycan Tarixi Muzeyində müxtəlif dini etiqadlar, xüsusilə İslam dini ilə bağlı bir çox yazılı mənbələr, kitablar qorunub saxlanılır. Onlardan biri Sənədli Mənbələr fondunda qorunan, fransız dilində dərc edilən Quran kitabıdır. 1877-ci ildə nəşr edilən kiçik formatlı (11.5x17.5 sm.) bu kitabın üz qabığının iç tərəfində Naxçıvan əsilzadələrindən olan Əbülfət bəy Şahtaxtinskinin 1879-cu ilə aid imzası, titul səhifəsində isə şəxsi möhürü var.
Muzeyin Təsviri Materiallar fondunda isə tanınmış karikaturaçı rəssam Ə.Əzimzadənin “Qurban kəsilməsi” əsəri mühafizə olunur. Bugünkü əlamətdar günlə bağlı olan bu əsərdə rəssam insanların dini inanclarını, İslam aləmində ən müqəddəs bayramlardan biri olan Qurban bayramının atributu kimi qurban kəsilməsi ənənəsini qabarıq olaraq rənglərin dili ilə göstərə bilmişdir.
İnsanın Yaradana inam və sədaqətini ehtiva edən Qurban bayramı bizləri xeyirxah amallara çağırır, mənəvi rahatlığımıza vəsilə olur.
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, cansağlığı, firavan günlər və uğurlar arzulayır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.