Yusifzadə Xudayar Müslüm oğlu 15 iyul 1998-ci ildə Bərdə rayonunda dünyaya gəlib. O, 2016-2018-ci illərdə Dövlət Təhlühəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və "gizir" hərbi rütbəsi alıb. Gizir X.Yusifzadə 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 22 oktyabr Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda gizir şəhid Xudayar Yusifzadənin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus hərbi gödəkçəsi (çiyinlərində gizir hərbi rütbəsi olan poqonları,sol qolunda DSX-ə aid dairəvi formada qol nişanı var) ilə yanaşı 20 ədəd hərbi və mülki həyatına aid fotoşəkillər qorunur. Bundan başqa Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistrantı, gənc heykəltəraş Jalə Əliyeva tərəfindən hazırlanmış və muzeyə hədiyyə edilmiş Xudayar Yusifzadənin büstü də müvafiq fondda saxlanılır. Büstün alt hissəsi qranitdən, yuxarı hissəsi isə poliestrdən ibarətdir.
Təltifləri
(15.12.2020) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(25.12.2020) — "Zəngilanın azad olunmasına görə" medalı (ölümündən sonra)
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.