1898-ci il avqustun 2-də fotoqraf Aleksandr Mişon lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərin müstəqil nümayişini təşkil etmişdir. Həmin gün Azərbaycan milli kinosunun yaranma günü sayılır.
18 dekabr 2000-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü elan edilib.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda Azərbaycan kino sənətinə dair maraqlı materiallar qorunur. Bu materiallar arasında 1957-ci ildə Bakı kinostudiyasında çəkilmiş filmlərin kadrlarından ibarət olan albom yer alır.
Bu illüstrativ nəşrə 1955-ci ildə çəkilmiş “Bəxtiyar” və “Görüş”, 1956-cı ildə “Səadət yolu ilə”, “O olmasın, bu olsun”, “Qara daşlar”, 1957-ci ildə “Bir məhəllədən iki nəfər” və “Qızmar günəş altında” filmlərinin ən baxımlı epizodlarının fotoşəkilləri daxil edilmişdir. Albom 37 vərəqdə 24 fotoşəkildən ibarətdir.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.