Azərbaycanın maddi və mənəvi dəyərləri arasında özünəməxsus yer alan sənət nümunələrindən biri də xalçalardır. Xovlu və xovsuz, süjetli və naxışlı, türkbaf və ya farsbaf ilmə toxunuşu ilə bir-birindən seçilən xalçalarımız Azərbaycanın hər bölgəsində toxunaraq xalça məktəblərinin yaranmasına səbəb olmuşdur. Uzun əsrlərdən bəri xalçalarda həkk olunan naxışlar tam oxunmamış məktub kimi hələ də xalçaçı və sənətşünasların tədqiqatlarında araşdırılmaqdadır. Həlli daha aydın və ünvanlı xalçalarımızdan olan süjetli xalçalar öz məzmunu və gözəlliyi ilə hər kəsin diqqət mərkəzində olmuşdur. Üzərindəki təsvirləri ilə hər hansı bir tarixi mənzərəni və ya portreti özündə canlandıran xalçalarımız hər bir dövrdə ona baxan izləyicisini düşündürmüş, dəyərli sənət nümunəsi kimi qorunaraq nəsildən nəslə ötürülmüşdür.
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda bədii xalçalarımız toplanıb mühafizə olunmaqdadır. Belə xalçalardan biri XX əsrin əvvəlinə aid edilən Təbriz xalçasıdır. Əl işi olan bu xalçanın ərişi pambıq, arğacı və xovu yundur. Bu xalçanın ara sahəsində türk əsgər və zabitlərinin, təsvirlər arasında əlində boncuq tutmuş, taxtda oturmuş çinli zabitlərin stilizə olunmuş təsvirləri həkk olunub. Miniatür xalçanın yelən haşiyəsi təkcə “mollabaşı” naxışları ilə tamamlanıb.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.