Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda 1980-ci ildə Cəlilabad rayonunun Muğan kəndində aşkarlanmış gümüş sikkə dəfinəsi qorunur. Bu dəfinə 1988-ci ildə muzeyə təhvil verilmişdir. Sikkə dəfinəsinin numizmatik tədqiqi nəticəsində Hülakü (Elxanilər) hökmdarları – Qazan Mahmud (694 – 703 = 1295 - 1304), Ulcaytu Xudabəndə Muhəmməd (703 - 716 = 1304 - 1317) və Əbu Səid (716 – 736 = 1317 - 1336) dövründə zərb edilmiş gümüş dirhəmlər müəyyən edilmişdir. Dəfinədəki sikkələr hicri 697 – 723-cü (1297 – 1323) illərdə Naxçıvan, Bazar, Təlli Aras, Ərzurum, Ərzincan, Sivas, Təbriz, Damqan, Kaşan, Şiraz, Kerman, İsfəhan, Marağa, Həmədan, Zəncan, Soltaniyyə, Save, Vastan, Bağdad zərbxanalarında zərb edilmişdir. Üzərində ərəb və uyğur dillərində hökmdarın adı, titulu, islami ifadələr, zərbxana və hicri təqvimə müvafiq zərb ilinin həkk edildiyi belə dirhəmlər yerli pul təsərrüfatının və xarici ticarət əlaqələrinin tədqiqində önəmli vasitədir.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.