Muzeyin Təsviri Materiallar fondunda Azərbaycan şəhərlərinin müxtəlif dövrlərini əks etdirən gerblərin təsvirləri (Bakı, Gəncə, Şəki, Lənkaran, Zaqatala, Quba, Şamaxı, Naxçıvan və s.) qorunur. Materiallar arasında Şuşa şəhərinin ilk gerbinin təsviri xüsusi yer tutur.
Qədim Şuşanın gerbi üç hissəyə bölünmüş, bir hissəsində sağ tərəfdə ayaq üstə durmuş pələng, digər hissəsində yerdən püskürən alov, aşağı hissəsində isə yaşıl çəmənlikdə yəhərli, cilovlu Qarabağ atı təsvir olunmuşdur. Gerb, eləcə də rənglərin harmoniyası baxımından diqqət çəkir.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.