Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında Azərbaycan xalqının zəngin maddi və mənəvi mədəniyyətini özündə əks etdirən materiallar qorunur.
Belə nümunələrdən biri də Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun nəzdindəki “Antik dövr üzrə Lerik-Yardımlı arxeoloji ekspedisiyası”nın rəisi, t.ü.f.d. Ceyhun Eminlinin rəhbərliyi ilə 2020-ci ilin çöl-tədqiqat mövsümündə Yardımlı rayonu, Urakəran kəndindəki Bilgəh antik dövr qəbirstanlığında aparılan qazıntılar zamanı tapılmış Qoç formalı ritondur. Riton üç ayaqlı olub (bir ayağı qırıqdır). Gövdəsi oval formalıdır. Buynuzları olub, amma qırılıb. Boynun dibi və heyvanın başına doğru boyun üzəri dərin çərtməli xətlərlə bəzədilib. Qabın üzəri şüyrələnib. Gövdənin üzəri ilə ağzın kənarına birləşən qoşa çubuqlu qulpu var. Qulpun üzəri dərin çərtmələrlə bəzədilib. Qulp çubuqlarının birləşən hissəsində isə iki yapma düyməcik var. Birmənalı şəkildə deyə bilərik ki, riton formasına görə digər nümunələrdən seçilir.
Tədqiqatçı alim C.Eminli ritonun dövrünü b.e. I-II əsrlərinə aid edib. 2021-ci ildə daimi mühafizə məqsədilə muzeyə təhvil verilmiş ritonun əhəmiyyətinə gəldikdə isə, bu qab Azərbaycanın, xüsusilə də Cənub bölgəsinin antik dövr dulusçuluğu və mənəvi mədəniyyəti ilə bağlı mövcud təsəvvürləri bir qədər də dərinləşdirir.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.