Bu gün Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsinin şəhidi Elşən Müslümovun doğum günüdür. Elşən Habil oğlu Müslümov 2 sentyabr 1995-ci ildə Bakı şəhərinin Yasamal rayonunda anadan olub. Əslən Ağsu rayonunun Kalva kəndindəndir. Orta təhsilini 286 saylı tam orta məktəbdə alıb. 2011-ci ildə Bakı Humanitar Kollecin "Turizm və otellərin idarə olunması" fakültəsinə daxil olub. 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Nümunəvi hərbi xidməti zamanı çavuş rütbəsi ilə təltif olunmuş, həm manqa komandiri, həm də məxfi rabitəçi olmuşdur. Təlimlər zamanı atıcılıq üzrə yüksək yer tutmuşdur. Hərbi xidmətini 2016- cı ildə Fəxri fərman və təşəkkürnamə ilə başa vurmuşdur.
2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsində iştirak etmiş və 8 oktyabrda Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 13 oktyabrda Bakıda II Fəxri Xiyabanda dəfn edilmişdir.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunda Şəhid Elşən Müslümovun 4 ədəd fotoşəkli (işğaldan azad edilmiş Suqovuşan qəsəbəsi və Talış kəndində çəkilən), zoğalı rəngdə bereti, döyüş zamanı üzərində saxladığı Azərbaycan bayrağı və kiçik həcmli avtomat maketi qorunur. Şəhidin həyat və döyüş yolundan bəhs olunan, “Hər iki dünyada cənnət mələyim, canım şəhidim” adlı kitab da muzeyə hədiyyə edilib. (Elşən Abduləliyev, Şahanə Abduləliyeva,Bakı,”Maarif” nəşriyyatı,-2021.52 səh).
Qeyd edək ki, Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov “Tarixi Yerlər və Abidələr” adlı III Beynəlxalq Simpoziumda (15-17 oktyabr 2021,Ağsu şəhəri) ”Şəhid Elşən Müslümovun döyüş yolu (MATM Vətən Müharibəsi Fondunun materialları əsasında)" adlı məruzə ilə çıxış etmişdir.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.