Bu gün Azərbaycanın teatr və kino aktyoru, unudulmaz gülüş ustası və dramatik rolların mahir ifaçısı, Azərbaycan xalq artisti (1982), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002), "Şöhrət" (1995) və "Şərəf" (2013) ordenlərinə layiq görülmüş Səyavuş Məmmədağa oğlu Aslanovun doğum günüdür.
Görkəmli aktyor 1935-ci il sentyabr ayının 5-də Bakının Saray qəsəbəsində anadan olub. 1947–1953-cü illərdə dram dərnəklərində çıxış etmiş, 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə əsas aktyor heyətinə keçirilir. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994–1996) və bir çox obrazların mahir ifaçısı olmuşdur. Səyavuş Aslan uzun sürən xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. II Fəxri xiyabanda dəfn olunmuşdur.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələrin elmi fond şöbəsinə Səyavuş Aslanın yaradıcılığı ilə bağlı üç əşya təqdim edilmişdir. Nümunələrdən biri aktyorun anadan olmasının 50 illiyi münasibətilə 1985-ci il sentyabrın 24-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə ona verilən Fəxri fərman, digəri isə müstəqillik dövründə Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən verilmiş fəxri nişanlardır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.