Milli Azərbaycan Tarixi Muzeyinə Birinci Qarabağ müharibəsinin şəhidləri - Əlfi Məmmədova və Xaləddin Quliyevə aid fotoşəkillər daxil olub.
Ağcabədi rayonunun Salmanbəyli kəndində dünyaya gəlmiş qəhrəmanlar- Xaləddin Yasir oğlu Quliyev 1993-cü il martın 29-da Kəlbəcər rayonunun Çərəkdar kəndi uğrunda, Əlfi Məhəmməd oğlu Məmmədov isə 1993-cü ilin aprelin 24-də Xocavəndin Nərgiztəpə adlanan ərazisi uğrunda getmiş döyüşlərdə şəhid olublar. Hər iki şəhid doğulduqları kənddə dəfn ediliblər.
Qeyd edək ki, materiallar muzeyin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümovun vasitəsi ilə şəhid Əlfi Məmmədovun bacısı Şəlalə Məmmədova tərəfindən muzeyə təqdim olunub.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.