Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda qorunan dəyərli bəzək əşyalarından biri- Azərbaycan xanımlarının zərgərlik dəstlərində istifadə etdiyi, filiqran və ya hörmə naxış üsulu ilə iki elementdən çevrilmiş zınqırov və ya piyalə formasında hazırlanan “piyaləzəng” sırğalarıdır. Bir-birinin altında yerləşən iki piyalə formalı bu sırğa kompozisiyasının kənarları miniatür asqılarla bəzədilib.
XIX əsrin sonlarına aid olan bu asqılar ən cüzi hərəkət zamanı yellənərək cingildəyir ki, bu da kompozisiyanı bədii həll baxımından bayram əhval-ruhiyyəli sənət əsərinə çevirir.
Asma sırğaların ənənəvi formasında hazırlanan “piyaləzəng” sırğaları qədim inanca görə öz zərif cingiltisi ilə şər qüvvələri insandan uzaqlaşdırırmış.
Bu sırğalar Azərbaycanın Salyan rayonunda istifadə olunub. Sırğalar iri və kiçik piyalələrdən ibarətdir. Piyalələrin üst səthi nəbati və həndəsi naxışlı, içərisi isə göy rəngli mina ilə örtülmüşdür.
Piyalələrin aşağı hissəsində nazik burulmuş məftillərdən ibarət bir ədəd toz mirvari və bir ədəd pərək asılıb. Asmaların ümumi sayı altmış bir ədəddir. Kənarları xırda mirvarili “toz muncuğu” qızıl asmalarla bəzədilib.
Qeyd edək ki, sözügedən “piyaləzəng” sırğaları 1983-cü ildə muzeyə təqdim olunub.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.