XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
09 Sentyabr, 2022
Muzey əməkdaşı beynəlxalq konfransda iştirak edib

9 sentyabr 2022-ci il tarixində Türkiyənin Şanlıurfa şəhərində “II Beynəlxalq Arxeologiya, Sənət Tarixi və Mədəni İrs” Konfransı keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı “Heydər Əliyev Fondu - humanizm idealları, işğaldan azad olunmuş Qarabağda mədəni-dini irsimizi xalqa yenidən qaytarmaq missiyası" adlı məruzə ilə çıxış edib.

Məruzədə Heydər Əliyev Fondunun Qarabağla bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırması, milli-mənəvi dəyərlərin təbliğatı işində dayanmadan fəaliyyət göstərməsi, Fondun humanizm fəaliyyətinin ölkə miqyasını aşmasını nümayiş etdirən addımlar, ölkə daxilində qlobal layihələrin keçirilməsi məsələləri təhlil edilmişdir.

Məruzə maraqla qarşılanmış və verilən suallar məruzəçi tərəfindən cavablandırılmışdır. Konfrans iştirakçılarına sertifikatlar təqdim olunmuşdur. Konfrans materialları nəşr olunacaq.