Keçmiş məişətdə Azərbaycan xanımları müxtəlif kosmetika və bəzək aksesuarlarından istifadə edirdilər. Bunlar arasında daraq və onların saxlanması üçün tikilən daraqqabılar diqqət cəlb edən nümunələrdəndir. Xanımların saçlarına qulluq etməyə önəm verməsi və xalq arasında saçlarla bağlı mifik düşüncələrin olması daraq və daraqqabıların bədii-estetik görünüşünə təsir etmişdir. Muzeyin Etnoqrafiya fondunda 150-yə yaxın daraq və daraqqabı nümunələri qorunur. Bu nümunələrə kişilərin əsasən saqqal daramaq üçün istifadə etdikləri daraqlar da daxildir. Ağac, sümük materiallarından hazırlanmış bu daraqlar oyma, kəsmə üsulları ilə bəzədilmişdir. Yüksək zövq və zərifliklə işlənmiş daraqqabılar daha çox məxmər, tirmə parçalarından hazırlanaraq güləbətin, muncuq, pilək tikmə üsulları ilə bəzədilirdi.
Təqdim olunan daraq oyma üsulunun, daraqqabı isə güləbətin tikmə sənətinin tətbiq olunduğu nümunələrdəndir. XIX əsrin sonuna aid bu aksesuar, digər nümunələr kimi, keçmiş məişət ənənələrinin və ənənəvi sənətkarlığın öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.