Bu gün, Azərbaycan klassik musiqi mədəniyyətinin parlaq nümayəndəsi, xalq artisti, Dövlət mükafatı laureatı bəstəkar Arif Məlikovun doğum günüdür.
Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirmiş, elə həmin ildən orada dərs deməyə başlamış, ömrünün sonuna kimi orada professor və bəstəkarlıq kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərmişdir.
Simfonik musiqi sənətinin dahi siması Qara Qarayevin layiqli yetirməsi olmuş A.Məlikov yaradıcılığının erkən dönəmində ərsəyə gətirdiyi ilk böyük əsəri “Məhəbbət əfsanəsi” baleti ilə dünyada tanındı. Sonrakı illərdə fitri istedadlı sənət adamı bir neçə baletin və simfonik əsərlərin müəllifi oldu. Onun orijinal dramaturji quruluşa malik olan, özünəməxsus musiqi uslubu ilə seçilən dərin məzmunlu əsərləri Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın teatr səhnələrində qoyuldu və simfonik salonlarında çalındı.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda Arif Məlikova məxsus "Yürüş" əsərinin not yazısı, Fotoneqativ materialları fondunda isə fotoneqativ qorunur. Müəllif "Yürüş" əsərinin üz səhifəsinin alt hissəsində həmin not yazısını Azərbaycan Tarixi Muzeyinə bağışladığını qeyd etmişdir.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.