Yasən Yelmar oğlu Əhmədov 16 sentyabr 1974-cü il tarixində Ağdam rayonunun Kosalar kəndində anadan olub. 1981-1991-ci illərdə Ağdam rayonu Eyvazxanlı kənd tam orta məktəbində təhsil alıb.
Yasən Əhmədov 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı atası Yelmar Əhmədovun xidmətdə olduğu Ağdam rayonunun "N" saylı hərbi hissəsinin özünümüdafiə batalyonunda xidmətə başlayıb. 1993-cü ildə Ağdam Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 1994-cü ildə Müdafiə Nazirliyinin əmrinə əsasən "baş çavuş" hərbi rütbəsi alaraq Motoatıcı Bölüyün Komandiri vəzifəsinə təyin olunub. 1993-2002-ci illərdə "N" saylı hərbi hissədə müxtəlif vəzifələrdə xidmət edən Yasən Əhmədov, 2002-ci ildə ehtiyata buraxılıb. 2004-2006-cı illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı CM-də təsərrüfat işləri üzrə rəis müavini vəzifəsində olan Yasən Əhmədov, 2006-cı ildə yenidən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb və təyinata əsasən Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam edib. 2017-ci ildən Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib.
Azərbaycan Ordusunun baş giziri olan Yasən Əhmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və ağır yaralanıb. Hərbi Hospitalda 14 gün koma vəziyyətində qalan Yasən Əhmədov oktyabrın 23-də şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda Yasən Əhmədova məxsus müharibə zamanı istifadə etdiyi hərbi zirehli gödəkçə və 9 ədəd fotoşəkili ( şəhid polkovnik-leytenant Raquf Orucovla və hərbi xidməti dövründə hərbçi yoldaşları ilə çəkilmiş fotoları) qorunur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.