Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və Təhsil Proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlının impakt faktorlu “Elmi iş” beynəlxalq elmi jurnalının "X Beynəlxalq Elmi Araşdırmalar Konfransının Materialları" adlı toplusunda "Heydər Əliyev Fondu və humanizm idealları" adlı tezisi çap olunmuşdur (səhifə 53-56).
Tezisdə sözügedən fondun fəaliyyətinin yalnız xalqa xidmət etmək, milli-mənəvi dəyərləri qorumaq və təbliğ etmək, Azərbaycan dövlətçiliyinə xidmət etmək deyil, həmçinin dünyada ölkəmizin, xalqımızın sahib olduğu humanizm idealını, insansevərlik fəlsəfəsini tanıtması və qlobal mahiyyətli humanizm və bəşəri dəyərlər akademiyası olması məsələləri təhlil edilmişdir. “Elmi iş” jurnalı bir çox beynəlxalq indekslərdə yerləşdirilib (Google scholar, ASOS, Crossref) və müəllifə Crossref təşkilatı tərəfindən beynəlxalq sertifikat verilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.