Xaliq Kamil oğlu Hüseynov 20 sentyabr 2001-ci il tarixində Bakı şəhəri Nardaran qəsəbəsində dünyaya gəlib. Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbi bitirdikdən sonra, peşə məktəbində təhsilini davam etdirib. O, bir müddət cüdo idman növü ilə məşğul olmuş, 2020-ci il yanvarın 27-də həqiqi hərbi xidmətə çağırılmışdır. Xaliq Hüseynov həmin ilin 27 sentyabr tarixində Vətən Müharibəsi başlanan zaman Tərtər-Ağdərə istiqamətində və Suqovuşan, Cəbrayıl, Füzulidə gedən döyüşlərdə baş atıcı kimi şücaət göstərmişdir. Xaliq Hüseynov 16 oktyabr 2020-ci il tarixində Kəlbəcərin Keçəltəpə kəndində xüsusi tapşırığı yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” ordeni, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Şəhid Xaliq Hüseynova məxsus döyüş zamanı çəkilmiş iki fotoşəkil muzeyin Vətən Müharibəsi fondunda mühafizə olunur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.