21 sentyabr 2022-ci il tarixində Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu və Türkiyənin Kırıkkale Universitetinin birgə təşkil etdiyi “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları – t.ü.f.d., dosent Tural Şiriyev "Azərbaycan müsəlman mədəniyyətində el köməyi adətlərinin rolu”, t.ü.f.d., dosent Əli Fərhadov “Azərbaycanda Mir Məhəmməd Kərim əl-Bakuvi nümunəsində İslam vəhdətinə çağırış” adlı məruzələri ilə çıxış ediblər.
Qeyd edək ki, simpoziumun keçirilməsində məqsəd İslam mədəniyyəti kontekstində fərqli din nümayəndələrinin birgəyaşayışı ilə bağlı vəziyyəti müzakirə etmək və onları təşviq etmək, müvafiq sahə üzrə mütəxəssis və tədqiqatçıların verdikləri töhfələri üzə çıxarmaq, ictimai və fərdi tədqiqatların artırılmasına zəmin yaratmaqdır.
Simpoziumun materialları nəşr ediləcək.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.