Muzeyin Təsviri Materiallar fondunda tanınmış memar-rəssam, əməkdar incəsənət xadimi, professor Elturan Avalovun bir neçə əsəri qorunur. Elturan Avalov incəsənətin bir çox sahələrində, həmçinin, rəssamlığın qrafika janrında daha davamlı və məhsuldar fəaliyyət göstərmişdir.
Azərbaycanın bir çox tarixi-memarlıq abidələrini əks etdirən qrafik əsərlər ərsəyə gətirən rəssamın bədii irsini daha da zənginləşdirən mövzulardan biri Şuşa olmuşdur. Rəssamın ən yadda qalan əsərlərindən olan “Şuşa. Qara Böyük xanım qəsri” əsəri tuş-pero texnikasında işlənmişdir. Burada hər bir motiv öz axıcılığı və qeyri-adiliyi ilə seçilir. Rəssam, hər bir əsərində tətbiq etdiyi çoxsaylı cizgi improvizələrinin və incəliklərinin bədii bütövlüyünə məhz cizgilərin axıcılığının bir araya gətirilməsi sayəsində nail olmuşdur.
Rəssam Elturan Avalovun fondda qorunan Şuşa ilə bağlı əsərləri sayəsində dağıdılmış abidələr, meydanlar, bulaqlar və.s. haqqında müəyyən məlumatlar əldə etmək mümkündür.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.