Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, canlarını torpaqlarımız uğrunda fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Bu gün Milli Azərbaycan Tarixi Muzeyində 27 sentyabr- Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə şəhid ailələri, qazilər, Böyük Qayıdış Gənclər Təşkilatı İctimai Birliyinin üzvləri və muzey əməkdaşları iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan hərbiçilərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Tədbiri giriş sözü ilə açan muzeyin icraçı direktoru, t.ü.e.d., dosent Fərhad Cabbarov qonaqları salamlayaraq, tədbir iştirakçılarına şanlı tariximizdən, torpaqlarımızın azad edilməsində misilsiz xidmətləri olmuş Vətən Müharibəsi şəhidləri və qazilərinin göstərdikləri qəhrəmanlıqlardan söhbət açıb, şəhidlərin əziz xatirəsini yad edib. F.Cabbarov şəhid və qazilərimizin şəxsi əşyalarının muzeyin Vətən Müharibəsi fondunda qorunduğunu və tarixi qələbəmizi əks etdirən bu materialların öyrənilməsi və təbliği istiqamətində işlərin görüldüyünü xüsusi vurğuladı.
Daha sonra muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı Vətən Müharibəsi şəhid ailələrinin üzvlərini və qaziləri salamlayaraq, xalqımızın daim onlara borclu və minnətdar olduğunu bildirib. N.Vəlixanlı muzeyin bu şanlı tarixin əbədiləşdirilməsi istiqamətində gördüyü işlərdən danışaraq, muzeydə 2021-ci ilin əvvəlində Vətən Müharibəsi fondunun yaradıldığını, həmçinin ölkədə ilk dəfə olaraq 44-günlük müharibənin tarixini əks etdirən sərginin açıldığını qeyd etdi. N.Vəlixanlı vurğuladı ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd gəncləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, həmçinin, Vətən Müharibəsi şəhidlərinin və qazilərinin gənclər arasında tanıdılmasından ibarətdir.
Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş hərbiçilərimizin ailə üzvləri və qazilər tədbirdə çıxış edərək, müharibə zamanı onların keçdikləri döyüş yolları, qazanılan möhtəşəm Zəfər haqqında öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.
Sonda qonaqlar muzeydə nümayiş olunan “Silahların mistik gözəliyi” adlı sərgi ilə tanış olub və xatirə fotosu çəkilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.