Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən Müharibəsi şəhidi Rəşad Rəşid oğlu Quliyev 23 sentyabr 1983-cü il tarixində Bakı şəhərində anadan olub. 1990-1998-ci illərdə Xətai rayonunda A.Xəlilov adına 263 nömrəli tam orta məкtəbdə, 1998-2000-ci illərdə isə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində ali hərbi təhsil alıb.
Rəşad Quliyev 2016-cı ildə başlanan aprel döyüşlərində, 27 sentyabr 2020-ci il tarixində isə Vətən Müharibəsində- Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Polkovnik-leytenant Rəşad Quliyev 07 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olmuş və II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda şəhid Rəşad Quliyevə məxsus əşyalar (hərbi mərasim kiteli, şalvarı, 11 ədəd hərbi xidmətdə çəkilmiş fotoşəkillər, təltif edildiyi orden-medalların fotosurəti, müxtəlif vaxtlarda aldığı fəxri fərmanlar, döyüş yoluna həsr olunmuş videodisk,hərbi xidmətinə aid sənədlər) mühafizə olunur.
Təltifləri
(26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
(26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
(26.06.2014) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
(20.04.2016) — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
(26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
(26.06.2019) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(24.06.2021) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra)
(24.06.2021) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
(24.06.2021) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.