Kamil Şirinov 9 aprel 1991-ci il tarixində Salyan rayonunun Çuxanlı kəndində anadan olub. 1997-2006-cı illərdə Z.Həmidov adına Çuxanlı kənd tam orta məktəbində, 2006-2009-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Kamil Şirinov 2013-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. Kapitan Kamil Şirinov 2016-cı il Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində iştirak edib. Sentyabrın 29-da Kamil Şirinov Füzuli uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda şəhid Kamil Şirinova məxsus əşyalar (kitel, hərbi papaq, çəkmə, şərf, şalvar, fotoşəkillər, sertifikatlar, fəxri fərmanlar, vəsiqələr, kompas, lupa, boyunbağı və qələm) qorunur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.