Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində təşkil olunan 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" layihəsi çərçivəsində "Tarix fərqlilərin fırçasında" adlı sərginin əsərləri nümayiş olunur.
16 iyun 2022-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyində əlilliyi olan rəssam uşaqların iştirakı ilə keçirilmiş sözügedən sərgidən olan rəsm əsərləri hazırda yerli və xarici qonaqların, həmçinin, Türkiyənin Mədəniyyət və Turizm Nazirinin müavini Serdar Çamın böyük marağına səbəb olub.
Qeyd olunan layihənin rəhbəri muzeyin İnnovasiyalar və Təhsil Proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı olmuşdur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.