Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Teymur Məcidzadə 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub.
2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "Dünya iqtisadiyyatı" üzrə ali təhsil alıb.
Teymur Məcidzadə 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və noyabrın 9-da qəhrəmancasına şəhid olub. Şəhid Teymur Məcidzadə II Şəhidlər Xiyabanında dəfn olunub.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda şəhid Teymur Məcidzadəyə məxsus kitel, şalvar, bloknot, saat, fotoşəkillər və sənədlər mühafizə olunur.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
(24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
(25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
(29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
(30.12.2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra)
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.