Bu gün dahi şair-dramaturq, Azərbaycanda romantizm ədəbi cərəyanının görkəmli nümayəndələrindən olan Hüseyn Cavidin (1882-1941) 140 illik yubileyidir.
Hüseyn Abdulla oğlu Rasizadə 1882-ci il oktyabr ayının 24-də Naxçıvan şəhərində ruhani ailəsində anadan olmuşdur. O, Naxçıvan rus-tatar məktəbində (Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə”sində), Təbrizin “Talibiyyə” mədrəsəsində, İstanbul Universitetində təhsil alıb. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirdikdən sonra əvvəlcə Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, Bakıda müəllimlik fəaliyyəti ilə məşğul olub. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) qurulduqdan sonra 1919-cu ildə Bakıya köçən H.Cavid hazırlıq kurslarında ədəbiyyat fənnini tədris etmiş, bir müddət qız məktəbində şəriətdən dərs demişdir. 1919-cu ilin mayında keçirilən Müəllimlər İttifaqının iclasında İdarə Heyətinin üzvü, həmin ilin iyulunda isə Azərbaycan Müəllimlər konfransında Təlifat (nəşriyyat) Heyətinə seçilmişdir. H.Cavid ömrünün son on yeddi ilində Bakı Müəllimlər Seminariyasında istedadlı bir müəllim kimi tanınmışdır. Hüseyn Cavid fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmışdır. O, bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm etmişdir. Şərq poetik fikri zəminində yüksələn və dünya romantizm ənənələrindən uğurla bəhrələnən filosof-şair Azərbaycan poeziyasında fəlsəfi lirikanın dəyərli nümunələrini meydana gətirmişdir. Qüdrətli sənətkar humanist ideallar uğrunda mübarizəyə səsləyən mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoymuşdur.
Milli Azərbaycan Tarixi Muzeyinin Fotoneqativ Materiallar fondunda dahi şair-dramaturq Hüseyn Cavidin fotoneqativi qorunur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.