Milli Azərbaycan Tarixi Muzeyində 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar "Zəfər bayrağı" adlı tədbir - ustad dərsi keçirilib. Tədbirdə Qobu rayonu 1 saylı tam orta məktəbin şagirdləri iştirak edib.
Tədbirin keçirilməsində məqsəd dövlət atributlarımızın təbliği, məktəblilər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə muzeyin İnnovasiyalar və Təhsil Proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlı çıxış edərək, bayrağımızın yaranma tarixi, ona verilən önəm və 9 noyabr tarixinin “Bayraq Günü” kimi qeyd edilməsi haqqında geniş məlumat verib. O, çıxışında bildirilib ki, ölkə başçısının 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilən Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə, mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək göstəricisidir.
Sonra muzeyin şöbəsinin əməkdaşları tərəfindən şagirdlərə gips fiquru üzərində bayraq rənglənməsi və bayraq aplikasiyasının düzəldilmə qaydası öyrədilib.
Sonda Hacı Zeynalabdin Tağıyevin ev muzeyinə ekskursiya təşkil olunub və şagirdlərə muzeyin İnnovasiyalar və Təhsil Proqramları şöbəsinin müdiri Fəridə Şəmsi tərəfindən sertifikatlar təqdim olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.