XƏBƏRLƏR
XƏBƏRLƏR -
Kolleksiya
28 Oktyabr, 2022
Əzim Əzimzadənin şəxsi əşyaları- gümüş qədəhlər

Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunun əsas tərkibini qadın və kişi zinət və bəzək nümunələri, Azərbaycan ərazisində tapılmış arxeoloji materiallar, həmçinin, tanınmış şəxsiyyətlərə məxsus qızıl və gümüşdən ibarət müxtəlif məişət əşyaları təşkil edir.

Bu nümunələr arasında yer alan, Azərbaycan rəssamı, Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadəyə məxsus olmuş eksponatları təqdim edirik. Bunlar, gümüşdən olan iki ədəd konus şəklində fiqurlu qədəhlərdir. Üzərinə nəbati naxışlar – yarpaqlı buta həkk olunmuş gümüş qədəhlər Azərbaycanın görkəmli səhnə ustaları Hacıağa Abbasov və Mirzəağa Əliyev tərəfindən rəssamın benefis günü təqdim edilmişdir. Hər iki eksponatın üzərində ərəb qrafikası ilə yazı var: “Şərq rəssamı Ə.Əzimzadənin benefisi münasibəti ilə yadıgar. 23.05.1930-cu il. Hacıağadan” və “Şərq rəssamı Ə.Əzimzadənin benefisi münasibəti ilə yadıgar. 23.05.1930-cu il. Mirzəağadan”.