XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
03 Noyabr, 2022
Muzey əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Özbəkistan Respublikası Elmlər Akademiyası Özbəkistan Dövlət Tarixi Muzeyi və AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə “Mədəni irs obyektlərinin qorunması və istifadəsi: nəzəri və tətbiqi istiqamətlər” mövzusunda onlayn formatda beynəlxalq konfrans keçirilmişdir.

Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova “Azərbaycanda və Özbəkistanda aşkarlanmış Yusif İbn Divdad dövrünün qızıl dinarları”, Arxeologiya Elmi-Fond şöbəsinin elmi işçisi, t.ü.f.d. Emin Məmmədov isə “Müasir dünyada muzeylərin əhəmiyyəti” mövzusunda məruzələrlə çıxış ediblər. Konfransda məruzələr ətrafında müzakirələr edilmiş, özbəkistanlı həmkarlarla gələcək əməkdaşlıqla əlaqədar fikir mübadiləsi aparılmışdır.

Konfrans məruzələrinin nəşri nəzərdə tutulmuşdur.