XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
05 Noyabr, 2022
Muzey əməkdaşının xarici jurnalda elmi məqaləsi nəşr edilib  

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin elmi işçisi Fatma Qəniyevanın “Azərbaycan xalqının etnik identikliyinin öyrənilməsində maddi mədəniyyət nümunələri mənbə kimi (MATM kolleksiyası əsasında)” adlı məqaləsi Türkiyənin nüfuzlu elmi jurnallarından olan “Akademik Tarih ve Düşünce Dergisi”ndə nəşr olunmuşdur (Cilt: 9 - Sayı: 3. 2022, s. 1104-1115). Məqalədə muzeyin Etnoqrafiya fondunun zəngin kolleksiyasında qorunub saxlanılan, Azərbaycan xalqının məişət və mərasimlərinin əsas atributlarından biri olan süfrələrin xalqın  identikliyi və dünyagörüşünün formalaşmasına təsiri, müxtəlif folklor janrlarında əks olunması araşdırılmışdır. Həmçinin, məqalədə fondda qorunub saxlanılan qələmkar, tirmə, təkəlduz tikməli mahud, güləbətin tikməli məxmər süfrələrin hazırlanma texnologiyası haqqında da geniş məlumat verilmişdir.