Milli Azərbaycan Tarixi Muzeyində 8 noyabr - Zəfər Gününə həsr olunmuş növbəti xeyriyyə ustad dərsləri keçirilib. Dərslərdə Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri, övladları iştirak edib. Uşaqlara Şuşa qalasının açarı formasında əlfəcinin düzəldilmə qaydası, kağız üzərində xarıbülbülün və gips fiquru üzərində bayrağın rənglənməsi qaydası öyrədilib.
Sonra iştirakçılar üçün muzeyə ekskursiya təşkil olunub. Həmçinin, tədbir iştirakçılarına muzeyin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov tərəfindən muzeydə təşkil olunmuş "Xarıbülbülün vətəni - Şuşa" sərgisində nümayiş olunan fond materialları haqqında məlumat verilib.
Sonda şəhid övladlarına muzeyin hədiyyələri təqdim olunub.
17 sentyabr 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyində 20 Sentyabr – Dövlət Suverenliyi Günü və 2023-cü il 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.