Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasının “Nadir kitablar fondu”nda Ukrayna yazıçısı, şərqşünas, akademik, əslən Krım tatarı Aqafangel Krımskinin 1899-cu ildə Moskvada çap olunmuş “Мусульманство и его будущее: прошлое ислама, современное состояние мусульманских народов, их умственные способности, их отношения к европейской цивилизации” adlı kitabı qorunur. Kitabda məşhur xeyriyyəçi, neft sahibkarı H.Z.Tağıyevin 1896-cı ildə müsəlman qızları üçün məktəbin açılması haqqında qeydlər, həmçinin, islam tarixi, müsəlman xalqlarının avropa sivilizasiyasına münasibəti haqqında maraqlı məlumatlar öz əksini tapmışdır.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.