Vaxtilə ən cazibəli istirahət məkanlarından olan “Mirvari” kafesi Bakı bulvarının əsas incilərindən sayılır. Kafenin ideyası 1960-cı illərdə Bakı meri Əliş Ləmbəranski tərəfindən verilib. Məkanı layihələndirmək isə memar Vadim Şulqinə həvalə olunub. V.Şulqin "Mirvari"ni layihələndirərkən əsasən məkanın quruluşunun orijinallığına nəzər yetirib. Kafe mirvarinin qabı formasında dəmir-betondan tikilib. Böyük dalğa üslubunda heyrətamiz nazik dam səthi ilə formalaşmış bu cazibədar memarlıq nümunəsi olan kafe 1962-ci ildə müştərilərin istifadəsinə verilir və bulvarın əsas simvoluna çevrilməklə yanaşı, Bakını dünyaya tanıdan bir məkana çevrilir.
"Mirvari" kafesinin təqdim olunan fotosu muzeyin Fotoneqativ materialları fondunda qorunur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.