22 noyabr 2022-ci il tarixində "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Şuşa şəhərində keçirilmiş "Tarixi Yerlər və Abidələr IV Beynəlxalq Şuşa Simpozium"nda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları məruzələrlə çıxış ediblər.
Muzeyin əməkdaşları- Etnoqrafiya elmi-fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Gülzadə Abdulova "Qarabağın etnoqrafiyası”, Numizmatika fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova "Qarabağın numizmatikası", Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov "Şuşa fatehi şəhid kapitan Samir Mikayıllıya məxsus materiallar (MATM-in materialları əsasında)", Arxeologiya elmi-fond şöbəsinin elmi işçisi, t.ü.f.d, dos. Həbibə Əliyeva "Şuşa epiqrafikası", İnnovasiyalar və təhsil proqramları şöbəsinin elmi işçisi Sahibə Ələkbərova "İşğaldan azad edilmiş ərazilərdə muzeylərin yenidən qurulması və yeni dövrdə oyrənilməsi problemi (Şuşa muzeylərinin əsasında)", Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyalar şöbəsinin əməkdaşı Sara Əhmədova "XVIII-XX əsrlərdə Şuşa şəhərinin əhalisi" adlı məruzələrlə çıxışlar ediblər.
Sonda iştirakçılar sertifikatla təltif ediliblər. Konfrans materiallarının çap edilməsi nəzərdə tutulub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.