Bu gün, 28 noyabr görkəmli mütəfəkkir, maarifçi alim, publisist, təbiətşünas, Azərbaycan milli mətbuatının banisi və ictimai xadim Həsən bəy Zərdabinin anım günüdür.
Bununla əlaqədar, Fizika sahəsində ilk azərbaycanlı mütəxəssislərdən biri, Həsən bəy Zərdabinin qardaşı oğlu Rəhim bəy Məlikovun muzeyin Sənəndli mənbələr fondunda qorunan kolleksiyasından iki fotoşəkli təqdim edirik. XIX əsrin sonlarında çəkilmiş birinci fotoşəkildə kiçik masa ətrafında toplaşmış Məlikov qardaşlarını görmək olar. Solda Həsən bəy Zərdabi, ayaqüstə isə Rəhim bəyin atası Mehrəli bəydir. Digər fotoşəkildə isə fədakar maarifçi Həsən bəy ömrünün son illərində təsvir olunmuşdur. Şəkilin arxa hissəsində Rəhim bəy tərəfindən əmisi Həsən bəy haqqında “Əziz, unudulmaz əmimdən son yadigar” sözləri yazılmışdır.
Bundan əlavə, fondda təsisçisi Həsən bəy Zərdabi olan “Əkinçi” qəzetinin 1877-ci il 1-20-ci saylarının fotosurətlərinin toplusu mühafizə olunur.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.