2021-ci il 30 noyabr tarixində Xızı rayonu “Qaraheybət” hərbi təlim poliqonunda helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda həmin hadisə zamanı şəhid olmuş Sərhəd Qoşunları polkovniki, Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanının Mühəndis Aviasiya işləri üzrə Müavini, Mühəndis Aviasiya şöbəsinin rəisi, Birinci Qarabağ və Vətən müharibəsi iştirakçısı Emil Nəzir oğlu Nəzirov, Dövlət Sərhəd Xidmətinin polkovniki Fizuli Əli İbram oğlu Cavadov, Dövlət Sərhəd Xidmətinin mayoru Murad Yaşar oğlu Məmmədov, Dövlət Sərhəd Xidmətinin mayoru Emil Şahid oğlu Mayılov və Sərhəd Qoşunlarının leytenantı, pilot, Vətən müharibəsinin iştirakçısı Abdulla Telman oğlu Süleymanova məxsus materiallar mühafizə edilir.
Muzeyin arxeoloji kolleksiyasının incilərindən: tunc zoomorf asmalar
Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədində 2022-ci ilin 12–14 sentyabr tarixlərində baş vermiş döyüşlərdən 4 il keçir.
Azərbaycanda zərb edilən sikkələr orta əsrlər tarixinin və pul təsərrüfatının tədqiqində önəm kəsb edən tapıntılardandır. Hülakülər (Elxanilər) dövrünün numizmatik tapıntıları sayəsində adı yalnız sikkələr üzərində qalmış Bazar şəhər-zərbxanası barədə məlumat toplamaq mümkündür.
Bu il dahi özbək şairi, filosofu və dövlət xadimi Nizaməddin Əlişir Nəvainin anadan olmasının 585-ci ildönümüdür.