Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 mart 2022-ci il tarixli “Xurşidbanu Natəvanın 190 illiyi” nin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq, Milli Azərbaycan Tarixi Muzeyində "Muzey eksponatları şagirdlərin rəngli dünyasında" adlı layihəsi çərçivəsində (layihə rəhbəri: Qənirə Qafarlı) "Xurşidbanu Natəvan - 190" adlı sərgi-tədbir keçirilib.
Tədbirin birinci hissəsində Xurşidbanu Natəvanın muzeydə qorunan şəxsi əşyalarının Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri tərəfindən çəkilmiş rəsmlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbiri muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi açaraq, tədbirin əhəmiyyətindən danışıb.
Sonra muzeyin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Gülzadə Abdulova və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının təmayül fənləri üzrə direktor müavini Kəmalə Kərimova çıxış ediblər.
Layihədə iştirak edən gənc rəssamlar, müəllimlər, bədii hissə iştirakçıları sertifikat və təşəkkürnamələr ilə təltif olunublar.
Tədbirin ikinci hissəsində muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Nigar Əhmədlinin rəhbərliyi ilə bədii hissə təqdim olunub. Bədii hissədə “Qızıl Açar Montessori” uşaq bağçasının yetirmələrinin müşayiəti ilə Bakı Dövlət Universitetinin tələbələrinin hazırladıqları- Azərbaycanın görkəmli şairəsi, xeyriyyəçi X.Natəvanla tanınmış fransız yazıçısı Aleksandr Dümanın görüşündən bəhs edən bədii səhnəcik nümayiş olunub.
Sonda tədbir iştirakçıları "Xarıbülbülün vətəni - Şuşa" sərgisini ziyarət ediblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.