Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d. Sevinc Nəsirova muzeyin zəngin kolleksiyası əsasında Qarabağın maddi-mədəniyyət nümunələri ilə bağlı Azərbaycan Kooperasiya Universitetinin Marketinq və Menecment fakültəsinin Müzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə fotoslayd müşayiəti ilə mühazirə deyib.
Muzeydə baş tutmuş mühazirədə tanınmış Qarabağ nəsillərindən olan Cavanşir, Kəbirlinski və Mehmandarovlarla bağlı dəyərli məlumatlar tələbələr üçün xüsusi maraq və əhəmiyyət kəsb edib.
Daha sonra tələbələr mühazirəçiyə mövzu ilə bağlı, xüsusən də Qarabağın tarixi və maddi-mədəniyyət nümunələrinə dair onları maraqlandıran suallar vermiş, fikir mübadiləsi aparmışlar.
Sonda tələbələr muzeydə nümayiş olunan “Xarıbülbülün vətəni- Şuşa” adlı sərgini ziyarət ediblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.