Bakı Dövlət Universitetində Azərbaycanın paleolit məktəbinin banisi professor Məmmədəli Hüseynovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Məmmədəli Hüseynovun daş dövrü arxeologiyasına verdiyi töhfələr” adlı beynəlxalq elmi konfrans keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi-fond şöbəsinin müdiri t.ü.f.d., dos. Nasir Quluzadə “Məmmədəli Hüseynov və Milli Azərbaycan Tarixi Muzeyinin Qədim daş dövrü kolleksiyası” adlı məruzə ilə çıxış edib.
Məruzədə arxeoloq Məmmədəli Hüseynovun Milli Azərbaycan Tarixi Muzeyindəki əmək fəaliyyətinə və Qədim daş dövrü kolleksiyasının formalaşmasındakı roluna nəzər salınıb. Həmçinin, adı çəkilən kolleksiyanın tərkibi, öyrənilməsi və sərgilənməsi məsələlərinə də toxunulub. Sonda konfrans iştirakçılarına sertifikat təqdim edilib.
Məruzənin tezisi konfrans toplusunda çap olunub.